07:19 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10 0 0

"Biz hesab edirik ki, insan hüquqlarının pozulmasına dair sanksiyalar üzrə yekdilliklə deyil, böyük səs çoxluğu ilə səs vermək lazımdır"

BAKI, 16 sentyabr — Sputnik. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen üzv dövlətlərə insan hüquqlarının pozulmasına dair sanksiyalara yekdilliklə deyil, böyük çoxluq ilə səs verməyi təklif edib.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı RİA Novosti yayıb.

"Biz hesab edirik ki, insan hüquqlarının pozulmasına dair sanksiyalar üzrə yekdilliklə deyil, böyük səs çoxluğu ilə səs vermək lazımdır", – o bildirib.

Bir qədər əvvəl Kipr Avropa İttifaqı (Aİ) tərəfindən Belarusa qarşı sanksiyaların qəbul olunmasına mane olub. Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

Belə ki, Aİ Belarusda keçirilmiş prezident seçkilərini ədalətli və dürüst hesab etmədiyini və onların nəticələrini tanımaqdan imtina etdiyini bildirib. Qəzetin məlumatına görə, Kipr Minskə qarşı təklif olunan tədbirlərlə razılaşmayıb.

Sanksiyaların qəbul edilməsi üçün Avropa İttifaqının 27 ölkəsinin hamısının razılığı lazımdır.

Əlaqədar

Belarusa qarşı sanksiyalar niyə qəbul edilməyib - Lepexin səbəbi açıqladı
Pribaltika ölkələri Lukaşenkoya sanksiya tətbiq ediblər: Bizim ölkəyə girmə
Lukaşenkoya elə yerdən zərbə vurdular ki...
Nazir: Ermənistanla danışıqlar dalana dirənib
Teqlər:
Belarus, səsvermə, sanksiya, Avropa Komissiyası

Əsas mövzular