12:54 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1410

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılıb. Hazırkı prezident Donald Tramp ikinci dəfə seçilmək arzusundadır.

BAKI, 15 sentyabr — Sputnik. Rusiya Co Baydenin ABŞ prezidenti olmasını daha üstün tutur. 

Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ lideri Donald Tramp Fox News telekanalının efirində deyib.

“Rusiya, çox güman ki, Baydeni istəyir. Çünki baxın, heç kim Rusiya ilə mənim qədər sərt davranmayıb. Heç kim. Boru xətti məsələsində də (“Şimal axını-2” – red.), hərbi məsələlərdə də”, - Tramp söyləyib. 

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılıb. Hazırkı prezident Donald Tramp ikinci dəfə seçilmək arzusundadır. Onun rəqibi isə Demokratlar partiyasından 77 yaşlı Co Baydendir.

Əlaqədar

Tramp demokratları günahlandırdı: "Sizə görə Rusiyadan neft almaq məcburiyyətindəyik"
Teqlər:
ABŞ-ın vitse-prezidenti Co Bayden, Co Bayden, ABŞ, Donald Trump

Əsas mövzular