17:08 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
135320

"Mən hələ də demək olar ki, heç nə edə bilmirəm, amma dünən bütün günü özüm nəfəs ala bilmişəm... Heç bir kənar yardım olmadan", - bloger yazıb

BAKI, 15 sentyabr — Sputnik. Rusiyalı bloger Aleksey Navalnı zəhərlənmədən sonra ilk dəfə "Instagram" səhifəsində öz fotoşəkillərini və tərəfdarlarına müraciətini yerləşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, Navalnı artıq sərbəst nəfəs ala bildiyini deyib. O, nəfəs almağı "bir çoxlarının lazımınca dəyər vermədiyi bir proses" adlandırıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Алексей Навальный (@navalny)

"Salam, bu Navalnıdır. Sizin üçün darıxıram. Mən hələ də demək olar ki, heç nə edə bilmirəm, amma dünən bütün günü özüm nəfəs ala bilmişəm. Ümumiyyətlə, özüm. Heç bir kənar yardım olmadan, hətta boğazımdakı sadə ventildən belə istifadə etməmişəm. Çox xoşuma gəldi. Son dərəcə gözəl, bir çoxlarının lazımınca dəyər vermədiyi bir prosesdir. Məsləhət görürəm", - o yazıb.

Navalnı həyat yoldaşı Yuliya və oğlu Zaxar ilə birgə fotoşəklini də paylaşıb.

Əlaqədar

"Cəfəngiyyatdır!" – “Noviçok”un yaradıcısı zəhərin yeni növünü istisna edir
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalni komadan çıxarılıb
Alman siyasətçi Navalnının zəhərlənməsinin kimə fayda gətirdiyini izah edib
Almaniyada Aleksey Navalnıya xüsusi status verilib
Teqlər:
nəfəs, paylaşım, Instagram, xəstəxana, Almaniya, zəhərlənmə, Aleksey Navalni

Əsas mövzular