13:32 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
76610

Yeri gəlmişkən, Lukaşenko barədə danışarkən o, Belarus əvəzinə Ukraynanın adını çəkib. Daha sonra ona düzəliş edilib və Aİ-nin Ali komissarı üzr istəyib

BAKI, 15 sentyabr — Sputnik. Avropa İttifaqı Aleksandr Lukaşenkonu legitim prezident hesab etmir və avqustda keçirilən seçkilərin saxtalaşdırıldığını düşünməyə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib.

"Biz hesab edirik ki, avqustun 9-u baş tutan seçkilər saxtalaşdırılıb... Biz Lukaşenkonu Belarusun legitim prezidenti olaraq qəbul etmirik", - deyə Borell qeyd edib.

Yeri gəlmişkən, Lukaşenko barədə danışarkən o, Belarus əvəzinə Ukraynanın adını çəkib. Daha sonra ona düzəliş edilib və Aİ-nin Ali komissarı üzr istəyib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Əlaqədar

“Belarus vergilərin nə olduğunu unudacaq”
Minskdə etiraz aksiyası zamanı milis atəş açdı
"Belaruslar özləri ölkədəki vəziyyəti həll etməlidirlər" - Putin
Belarusa qarşı sanksiyalar niyə qəbul edilməyib - Lepexin səbəbi açıqladı
Hakimiyyəti heç kimə verməyəcəyəm – Lukaşenko
Teqlər:
Avropa ittifaqı, prezident, Belarus, Aleksandr Lukaşenko

Əsas mövzular