11:08 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Gürcüstanda koronavirusdan 19 nəfər ölüb. Hazırda 5892 nəfər karantində saxlanılır, daha 3390 nəfər isə həkimlərin nəzarəti altındadır.

BAKI, 14 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 165 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"-a istinadən xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 2392-yə çatıb.

Gürcüstanda bu xəstəlikdən 19 nəfər ölüb. Hazırda 5892 nəfər karantində saxlanılır, daha 3390 nəfər isə həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 28,9 milyonu keçib, 923 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular