Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Rekordu da vurduq: hələ bu qədər yoluxan olmamışdı

© AP Photo / Andre PennerBraziliyada COVİD-19 xəstələri, arxiv şəkli
Braziliyada COVİD-19 xəstələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST bildirir ki, indiyədək dünyada 28 637 952 COVID-19-a yoluxma halı təsdiqlənib. Xəstələrin 917 417 nəfəri dünyasını dəyişib

 

BAKI, 14 sentyabr — Sputnik. Bir sutka ərzində dünyada 308 min insan yeni tip koronavirusa yoluxub. Sputnik Azərbaycan bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, bu, pandemiya başlayandan bəri rekord göstəricidir.

Təşkilatın son məlumatına görə, son bir gündə 307 930 nəfər yoluxub. Öncəki antirekord sentyabrın 6-da qeydə alınmışdı – 306857 nəfər.

ÜST bildirir ki, indiyədək dünyada 28 637 952 COVID-19-a yoluxma halı təsdiqlənib. Xəstələrin 917 417 nəfəri dünyasını dəyişib.

Yoluxma sayına görə hər iki Amerika qitəsi öndədir – birlikdə orada 14,7 milyon insan yoluxub. Cənub-Şərqi Asiya ölkələri 5.4 milyon yoluxma faktı ilə ikinci, Avropa isə 4.8 milyon COVID-19 xəstəsi ilə üçüncüdür.

ÜST martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib.

 

Xəbər lenti
0