SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Liviyadakı müvəqqəti hökumət istefa verdi

© AFP 2023 / Ibrahim ChalhoubУчастница протестов и военнослужащий в Триполи
Участница протестов и военнослужащий в Триполи  - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir neçə gündə regionda həyat şəraitini pisləşməsi və elektrik enerjisinin verilməsində problemlərlə bağlı etiraz aksiyaları keçirilir

BAKI, 13 sentyabr — Sputnik. Liviyanın şərqində bərqərar olan müvəqqəti hökumət Nümayəndələr Palatasına istefası barədə ərizə verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, parlamentin bəyanatında spiker Agila Salehin Liviyanın müvəqqəti hökumətinin başçısı Abdulla ət-Tani və digər yüksəkvəzifəli funksionerlərlə təcili görüş keçirdiyi deyilir. İştirakçılar küçələrdə etiraz edən vətəndaşların həyat şəraitinin yüksəldilməsi barədə tələblərinin qarşılanması imkanlarını müzakirə ediblər. 

Son bir neçə gündə regionda həyat şəraitini pisləşməsi və elektrik enerjisinin verilməsində problemlərlə bağlı etiraz aksiyaları keçirilir.

Liviyanın qərbindəki əyalətləri və Tripolini nəzarətdə saxlayan Fayez Sərracın Milli Razılıq Hökuməti ilə şərqdə qurulan parlamentlə əməkdaşlıq edən marşal Xəlifə Həftarın Milli Ordusu arasında qarşıdurma davam edir. Sərracı Türkiyə ilə Qətər, Həftarı isə Misirlə BƏƏ dəstəkləyir.

 

Xəbər lenti
0