12:14 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2402

Qayda pozucusunu eləcə də altı aylıq həbs cəzası gözləyir. Son qərarı yerli məhkəmə noyabrda verəcək.

BAKI, 13 sentyabr — Sputnik. ABŞ-ın Kentukki ştatının Uolton şəhərinin sakini Con Penninqton Kanadadan keçməklə Alyaskadan qayıdarkən yarım milyon dollardan çox cərimə “qazanıb”. 

Sputnik Azərbaycan CBC News-a istinadən bildirir ki, Kanada koronavirus pandemiyası səbəbilə ABŞ-la sərhədini bu ilin martın 21-dən bağlayıb. Amerikalılar Kanadaya yalnız Alyaskaya getdikləri və ya oradan qayıtdıqları zaman keçə bilərlər. Bu zaman onlar Alyaska ilə digər ştatlar arasında ən qısa marşrutu seçməlidirlər. Onlara həmçinin Kanadada olarkən milli parkları, istirahət zonalarını, bir sözlə, gəzməli-görməli yerləri ziyarət etmək qadağan olunub. Ancaq Con Penninqton bütün mümkün qaydaları qulaq ardına vurmağı bacarıb.

O, Kanadanın cənubundakı Qayalı dağdakı Banf milli parkına baş çəkib. Onun maşınını polis saxlayaraq 910 dollar cərimə edib, üstəlik, özünü də koronavirus testi verməsi üçün yerli xəstəxanaya göndərib, ölkəni tərk etmək göstərişi verib. Penninqton bunları vecinə almayıb və sabahı gün başqa görməli yerə gedib. Nəticədə amerikalı Kanadada olduğu müddətdə üst-üstə 569000 dollarlıq cərimə “qazanıb”. Eləcə də onu 6 aylıq həbs cəzası gözləyir – qərarı yerli məhkəmə noyabrda verəcək.

 

Teqlər:
dollar, cərimə, Alyaska, ABŞ, Kanada, qayda, karantin

Əsas mövzular