Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Mənasız" valyutanın başının üstünü alan təhlükə sovuşdu

© REUTERS / Benoit Tessier / illüstrasiyaVirtual pul vahidi bitkoin
Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın Maliyyə naziri Olaf Şoltsun fikrincə, “bu cür valyutalar lazım gələrsə, qadağan edilməlidir”

BAKI, 13 sentyabr — Sputnik. Avropa Komissiyası kriptovalyutadan istifadəni qadağan etməyi planlaşdırmır. Sputnik Azərbaycan Deutsche Welle-yə istinadən bildirir ki, bu barədə Avropa Birliyi dövlətlərinin maliyyə nazirlərinin görüşündə təşkilatın sədr müavini Valdis Dombrovskis deyib.

Dombrovskisin sözlərinə görə, Avropa Komissiyası rəqəmsal valyutanın imkanlarının geniş olduğunu düşünür. “Brüssel innovasiyalara əngəl olmağa deyil, onların tənzimləmə vasitəsilə mümkün olmasına çalışır”, - siyasətçi vurğulayıb.

Payızın sonunadək Avropa Komissiyası kriptovalyutanın tənzimlənməsi barədə qanun layihəsi təqdim edəcək. Dobrovskis deyib ki, rəqəmsal valyutalarla bağlı risklər və imkanlar arasında düzgün balansı tapmaq vacibdir.

Ancaq Deutsche Welle xatırladır ki, bundan öncə Almaniya, İspaniya, İtaliya, Niderland və Fransa kriptovalyutaların ciddi şəkildə nəzarətə alınmasına çağırıblar. Almaniyanın Maliyyə naziri Olaf Şolts bildirib ki, onun həmkarları qəti olaraq fərdi kriptovalyutaları “mənasız” hesab edirlər. Nazirin fikrincə, “bu cür valyutalar lazım gələrsə, qadağan edilməlidir”.

 

Xəbər lenti
0