16:52 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
910

İspaniya koronavirusun güclü tüğyan etdiyi ölkərlərdən hesab edilir. Ötən gün yeni 4708 yeni yoluxma faktı qeydə alınıb.

BAKI, 13 sentyabr — Sputnik. İspaniyanın kral ailəsində kornavirus panikası yaşanır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, taxta varis hesab edilən kral Felipenin böyük qızı 14 yaşlı şahzadə Leonor karantinə alınıb.

Belə ki, şahzadənin sinif yoldaşlarından birində koronavirus aşkarlanıb. Buna görə də şahzadənin vəziyyətinin yaxşı olmasına baxmayaraq, o da karantinə alınıb.

Ancaq kral Felipe və kraliça Letisiya vəzifələrinə davam edəcək.

Qeyd edək ki, keçən həftə İspaniyada məktəblər açılıb və 8 milyon uşaq dərsə başlayıb.

İspaniya koronavirusun güclü tüğyan etdiyi ölkərlərdən hesab edilir. Və təkcə ötən gün yeni 4708 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumi 566326 fakt qeydə alınıb.

Əsas mövzular