CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Papadan sekslə bağlı qalmaqal yaradacaq açıqlama

© REUTERS / Stefano RellandiniПапа Римский Франциск. Архивное фото
Папа Римский Франциск. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Slow Food" hərakatının yaradıcısı Karlo Petrininin " TerraFutura - Papa Fransisklə inteqral ekologiya mövzusunda söhbət" kitabı satışa çıxarılıb və oradakı papaya aid ifadələr heyrət doğurub.

BAKI, 12 sentyabr — Sputnik. "Slow Food" hərakatının yaradıcısı Karlo Petrininin " TerraFutura - Papa Fransisklə inteqral ekologiya mövzusunda söhbət" kitabı satışa çıxarılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər veriri ki, müəllif kitabda Roma Katolik Kilsəsinin rəhbəri ilə danışdığı beş əsas mövzunu açıqlayır. Bura iqtisadiyyat, təhsil, cəmiyyət, miqrasiya, biomüxtəliflik daxildir.

Papa Petrini ilə söhbətində yaxşı qida və cinsi əlaqənin (ancaq sevdiyiniz insanla) "ilahi ləzzətlər" olduğunu bildirib.

"Zövq birbaşa Allahdan gəlir. Katolik deyil, xristian deyil, başqa bir şey deyil, sadəcə ilahidir", - Fransisk deyib.

Bununla yanaşı, pontifik qeyd edib ki, kobud və ədəbsiz zövqlər həmişə kilsə tərəfindən qınanıb. Ancaq bunları sadə insan ləzzətləri ilə qarışdırmamaq lazımdır. Papaya görə şişirdilmiş əxlaq, xristian təliminin səhv oxunması ilə bağlıdır.

Argentina əsilli 83 yaşlı Papa Fransisk (dünyada Xorxe Mario Bergolio) sələfi XVI Benediktin istefasından sonra 2013-cü ildə seçilib. O son 1200 ildə ilk Avropa olmayan pontifik olub.

Xəbər lenti
0