Əlli milyon illik rekordu haqlasaq, heç kim üçün yaxşı olmayacaq

© Depositphotos.com / svedoliverДым из печных труб
Дым из печных труб - Sputnik Azərbaycan
Abunə olmaq
"Yerin əvvəllər isti iqlimlə qarşılaşdığını müəyyənləşdirsək də, müasir dünyamızdan köklü şəkildə fərqlənir" deyə araşdırma müəllifləri bildiriblər.

BAKI, 12 sentyabr — Sputnik. Alman və amerikalı mütəxəssislər dinozavrlar dövrünə qədər Yerin iqlim tarixini bərpa etməyə nail olublar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna görə onlar dəniz dibindən qaldırılan qayalardan çıxan kiçik mollyusk qalıqlarını analiz ediblər.

Tədqiqata görə, son 66 milyon il ərzində planetdə alimlərin "isti", "qaynar", "soyuq" və "buzlu" adlandırdıqları dörd fərqli iqlim dövrü müşahidə edilib. Son üç milyon ildə Yer kürəsi əsasən buzlaq və buzlaqlararası dövrlərin dəyişməsi ilə xarakterizə olunan "buzlaq" vəziyyətindədir. Buna baxmayaraq, istixana qazı tullantıları və digər insan fəaliyyətləri hazırda isti iqlim şəraitinə səbəb olur.

İsti iqlim son dəfə təxminən 34 milyon il əvvəl bitən Eosen dövründə müşahidə edilib. Sonra Yer kürəsində qütb buzlaqları yox olub. Qlobal temperatur indiki ilə müqayisədə 9-14 dərəcə yüksək imiş.

Alimlər xəbərdarlıq edirlər ki, istixana qazı tullantılarının miqdarı azalmasa, 2300-cü ilə qədər Yer kürəsində 50 milyon ildə olmayan istilik dalğası müşahidə ediləcək.

Onların fikrincə, Yerin Günəş ətrafında orbitindəki dalğalanmalardan irəli gələn təbii iqlim dəyişkənliyi antropogen amillərdən meydana gələcək qlobal istiləşmədən çox azdır.

"Yerin əvvəllər isti iqlimlə qarşılaşdığını müəyyənləşdirsək də, o, müasir dünyamızdan köklü şəkildə fərqlənib", - deyə araşdırma müəllifləri bildiriblər.

Bu tədqiqat istiləşmənin sürətini və təsirini daha yaxşı proqnozlaşdırmağa imkan verəcək.

Xəbər lenti
0