00:29 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4820

Yarım dəqiqə ərzində oğrular 40 milyon rupi (54419 ABŞ dolları) dəyərində malı oğurlayıblar. Həmin zaman mağazada olan üç müştəri isə olanları sakitcə seyr edib

BAKI, 11 sentyabr — Sputnik. Hindistanın Uttar-Pradeş ştatında maraqlı oğurluq hadisəsi olub. Sputnik xəbər verir ki, 3 nəfər  qızıl mağazasına daxil olaraq, öncə COVID-19 protokoluna uyğun olaraq əllərini dezinfeksiya edib, sonra isə onu soyub.

Maskada mağazaya girənlərin adi müştəri olduğunu sanan işçilər onlara spirt təklif ediblər. Oğrular isə əllərini dezinfeksiya edən kimi tapança ilə onları hədələyərək çantalarını zinət əşyaları ilə doldurublar.

​Yarım dəqiqə ərzində oğrular 40 milyon rupi (54419 ABŞ dolları) dəyərində malı oğurlayıblar. 

Həmin zaman mağazada olan üç müştəri isə olanları sakitcə seyr edib.

Polis müşahidə kameralarının köməyilə oğruların axtarışına başlayıb.

 

Teqlər:
Hindistan, soyğun, satıcı, dezinfeksiya, spirt, Koronavirus, epidemiya, COVID-19, qızıl, oğru, tapança

Əsas mövzular