00:50 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3310

"Biz ölkə rəhbərlikləri arasında münasibətlərdə sıçrayışa nail olduq, indi insanlar bir-birini tanımaq, müzakirələr aparmaq üçün işçi səviyyədə toplanacaqlar" - Trampın müşaviri

BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 15-də Birləşmiş Ərəb Ölkələri ilə birlikdə daha bir dövlət İsraillə sülh müqaviləsinə imza atacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampın müşaviri və eyni zamanda kürəkəni Cared Kuşner Bəhreynin nümayəndəsinin bundan ötrü Vaşinqtona gələcəyini deyib.

“Ağ Evdə imza törəni çərşənbə axşamı olacaq. Nəzərdə tutmuşduq ki, İsraillə BƏƏ üçün mərasim təşkil edək, ancaq indi o, daha böyük əhəmiyyət kəsb etməyə başladı, çünki Bəhreyn sazişi imzalamaq üçün öz xarici işlər nazirini göndərəcək”, - Kuşner jurnalistlərə deyib.

“Bu, çox nadir hadisədir – bir gündə iki sülh sazişi. Bu onu göstərir ki, regionda sülh, sabitlik və ünsiyyət istiqamətində addımlar atılır”, - Kuşner əlavə edib.

“Razılaşmanın detallarına gəldikdə... İsraillə Bəhreyn arasında elə də çox görüş olmamışdı. Biz ölkə rəhbərlikləri arasında münasibətlərdə sıçrayışa nail olduq, indi insanlar bir-birini tanımaq, müzakirələr aparmaq üçün işçi səviyyədə toplanacaqlar. Onlar bu imkanı səbirsizliklər gözləyirlər”, - Trampın müşaviri deyib.

O əmindir ki, İsraillə Bəhreyn arasında kommersiya və ticarət sahələrində digər razılaşmalar əldə olunduqca “daha çox detal” bəlli olacaq.

Bununla Kuşner gələn həftə Vaşinqtonda ölkələr arasında ikitərəfli münasibətlərin inkişafının detallı planını ehtiva etməyən çərçivə sənədinin imzalanacağına eyham vurub.

Buna qədər İsraili yalnız iki ərəb ölkəsi – Misir və İordaniya – dövlət kimi tanıyırdı.

 

Əlaqədar

"Böyük müqavilə” imzalanacaq – gün təyin olunub
Səfir: Yaxın Şərqdə normallaşma prosesi məhz Azərbaycanın nümunəsinə əsaslanır
Qan davası, qızıl dişlər, indekssiz ünvanlar – Rami Meir Bakıda yəhudilərin həyatı haqda
Bu qərar Yaxın Şərqdəki vəziyyəti dəyişə bilər
Trampa Nobel mükafatı verməyi təklif ediblər
Teqlər:
Ağ Ev, sülh sazişi, sülh, Cared Kuşner, Donald Tramp, ABŞ, İsrail, Bəhreyn Krallığı

Əsas mövzular