Lavrovdan sonra Pompeo da təcili Kiprə gəlir

© REUTERS / Nicholas Kamm / PoolГоссекретарь США Майк Помпео, фото из архива
Госсекретарь США Майк Помпео, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pompeo, eyni zamanda Almaniya və Fransanın da tərəflər arasında gərginliyi azaltmaq üçün səylər göstərdiyini qeyd edib.

BAKI, 11 sentyabr — Sputnik. Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo Kipr Respublikasına səfərə gedəcək. Sputnik Türkiyə xəbər verir ki, Pompeonun səfəri sabah gerçəkləşəcək.

Pompeo eyni zamanda ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kriakos Miçotakislə danışdığını və bölgədəki gərginliyin "diplomatik və sülh yolu"ilə həllinin vacibliyini qeyd edib.

Pompeo, eyni zamanda Almaniya və Fransanın da tərəflər arasında gərginliyi azaltmaq üçün səylər göstərdiyini qeyd edib.

Турецкий военный корабль TCG Turgutreis, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Üç gərgin tərəf, bir Lavrov və ABŞ - Ərdoğana verilən mesaj Qarabağı xatırlatdı

Qeyd edək ki, dekabrın 8-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Kipr Respublikasına səfər edib. Səfər zamanı Rusiya rəsmisi qeyd edib ki, ölkəsi Aralıq dənizindəki vəziyyətdən narahatdır: "Türkiyə Cümhuriyyəti ilə münasibətlər baxımından dialoqun başladılmasına yardım etməyə hazırıq. Mümkün dialoq praqmatik olmalı və qarşılıqlı mənfəətlər ilə həll yolunun tapılmasına əsaslanmalıdır. Ədalətli və beynəlxalq hüquqa uyğun bir həll yolu tapılmalıdır".

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq, geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir. Fransa isə öz növbəsində bu gərginlikdə Yunanıstan və Kipri dəstəkləyir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

Xəbər lenti
0