21:54 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1610

Avrasiya İqtisadi Birliyi İnstitutunun Baş direktoru Vladimir Lepexin: Böyük Avropa ölkələri öz mövqelərini çoxdan dəyişiblər, onlar ümumiyyətlə iqtisadi sanksiyalar elan etməkdə maraqlı deyillər.

BAKI, 10 sentyabr — Sputnik. Kipr Avropa İttifaqı (Aİ) tərəfindən Belarusa qarşı sanksiyaların qəbul olunmasına mane olub. Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, Kipr Minskə qarşı təklif olunan tədbirlərlə razılaşmayıb və Aİ-nin sanksiya siyahısına təbii qaz hasilatı üzrə qazma işlərində iştirak edən Türkiyənin yeddi şirkətinin daxil edilməsinə nail olmağa çalışıb.

Belarusa qarşı sanksiyaların qəbul edilməsi üçün Avropa İttifaqının 27 ölkəsinin hamısının razılığı lazımdır.

Avrasiya İqtisadi Birliyi İnstitutunun Baş direktoru Vladimir Lepexin Sputnik radiosunun efirində bildirib ki, Aİ-də sanksiyalarla bağlı çoxdandır ki, birlik yoxdur. 

"Biz görürük ki, iki böyük Avropa ölkəsi – Fransa və Almaniya – öz mövqelərini çoxdan dəyişiblər, onlar ümumiyyətlə iqtisadi sanksiyalar elan etməkdə maraqlı deyillər. Yəni, Avropada parçalanma var. Və əlavə sanksiyalar elan etmək üçün əvvəlki kimi birlik və arzu yoxdur", – Lepexin bildirib.

Bundan əvvəl Aİ Belarusda keçirilmiş prezident seçkilərini ədalətli və dürüst hesab etmədiyini və onların nəticələrini tanımaqdan imtina etdiyini bildirib. Bundan başqa, Avropa İttifaqının liderləri "nümayişçilərə qarşı zorakılığın tətbiqinə" və "seçkilərin saxtalaşdırılmasına" görə Minskə fərdi sanksiyaların tətbiqinə dair razılığa gəliblər. Artıq Estoniya, Latviya və Litva 30 belaruslu rəsmi şəxsin öz ərazilərinə girişinə qadağa qoyub.

Avropa Komissiyasının mətbuat xidmətinin və Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stanonun sözlərinə görə, Avropa İttifaqı Belarusdakı vəziyyətlə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağı şəxslərin siyahısı üzərində işi davam etdirir.

Əlaqədar

Lukaşenkonu son anda bunlar xilas edib - Üstü açıldı

Əsas mövzular