14:12 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
251410

ABŞ-da istehsal olunduğunu iddia edərək əslində Çindən məhsul alan şirkətləri ciddi sanksiyalar gözləyir

BAKI, 10 sentyabr — Sputnik. Demokratlar partiyasının ABŞ prezidentliyinə namizədi Cozef Bayden qələbə qazanacağı təqdirdə bütün amerikalı məmurları ölkədə istehsal olunmuş elektromobilləri sürməyə vadar edəcək. 

“Ağ Evdə olacağım ilk həftə ABŞ-da istehsal olunmuş malların alınmasını hədəfləyən bir sıra sənəd imzalayacam”, - Bayden deyib. 

Siyasətçi əmin edib ki, bu tələbdən yan keçməkçün istifadə olunan “bütün dəlmə-deşikləri” tutmaq üçün bütün imkanlarından istifadə edəcək. Onun sözlərinə görə, ABŞ-da istehsal olunduğunu iddia edərək əslində Çindən məhsul alan şirkətləri ciddi sanksiyalar gözləyir.

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılıb. Seçkidə Respublikaçılar partiyasından namizəd kimi hazırkı dövlət başçısı Donald Tramp iştirak edəcək.

 

Əlaqədar

Əlac Trampa qalıb - Baydenin prezident seçilməsinin dəhşətli nəticələri açıqlanıb
"Facebook"un rəhbəri açıqladı – ABŞ-da qarşıdurmalar ola bilər
Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir
Bayden varlılar üçün vergiləri qaldırmağa hazır olduğunu deyib
Türkiyədən Baydenin sözlərinə cavab: “Əmrlər aldığımız günlər geridə qaldı”
Teqlər:
Ağ Ev, Çin, sənəd, məmurlar, elektromobil, Donald Tramp, prezident seçkisi, ABŞ, Cozef Bayden

Əsas mövzular