Avropa Məhkəməsi Ramil Səfərovla bağlı iddianı rədd etdi

© AFP 2023 / FREDERICK FLORINШтаб-квартира Европейского суда по правам человека в Страсбурге
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.

BAKI, 8 sentyabr — Sputnik. Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistandan olan iki şikayətçi - Budapeştdə Ramil Səfərovun öldürdüyü hərbçi Qurqen Markaryanın babası Samvel Minosyan və Marqaryanla birgə Budapeştdə təlim keçmiş digər hərbçi Hayk Makuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət təmin edilməyib.

Avropa Məhkəməsi iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi addımı kimi qiymətləndirib və Azərbaycan dövlətinin hadisəyə heç bir təsrinin olmadığı qənaətinə gəlib.

Digər qərarda da Macarıstanın Ramil Səfərovu Azərbaycana təhvil verməsində də heç bir prosessual pozuntu aşkarlanmadığı bildirilərək, bu ölkəyə qarşı iddialardan da imtina olunub.

İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan hökmdən Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasına şikayət edəcəklərini bildiriblər.

Xatırladaq ki, azərbaycanlı zabit Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən ingilis dili kurslarına qatılıb.

O, kursun bitməsinə 20 gün qalmış Ermənistandan olan hərbçi Qurqen Markaryanı onu təhqir etdiyinə görə qətlə yetirib. Səfərov 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.

Xəbər lenti
0