Hindistan Braziliyanı keçdi – sonluq isə görünmür

© REUTERS / FRANCIS MASCARENHASСитуация в связи с эпидемиологической обстановкой в Индии
Ситуация в связи с эпидемиологической обстановкой в Индии - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 022 228 yoluxma qeydə alınıb

BAKI, 7 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 27 105 151-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 883 342 nəfər vəfat edib, 18 138 866 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 276 min 421 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 022 228 yoluxma qeydə alınıb.

Bu arada Hindistanda kroronavirusa yoluxanların sayı 4 204 613 nəfərə çatıb.

Hindistan bu göstərici ilə dünya üzrə koronavirusa yoluxanların sayına görə ikinci yerdə olan Braziliyanı ötüb. Hazırda Braziliyada bu virusa yoluxanların sayı 4,13 milyondur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0