00:50 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Böyük Britaniyada bu il meyvə bol, hava da isti olub. Bununla qidalanan "qonaq" həşəratlar sanki sərxoş olaraq insanlara hücuma keçiblər

BAKI, 5 sentyabr — Sputnik. "Sərxoş" alman eşşəkarılarının təhlükəli növü heç bir səbəb olmadan Böyük Britaniyaya hücuma keçib. Bu barədə Sputnik Azərbaycan "Daily Star" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, eşşəkarıları isti və quru yay mövsümü fonunda daha da sürətlə yayılır. Bu ölkədə yetişmiş meyvələrin çoxluğu onların populyasiyasını daha da artırır. Yetişmiş, bir qədər də qıcqırmış meyvənin çoxluğu ilə bağlı arılar daha da aqressivləşir və səbəbsiz arıvurmalarının sayı artır.

Təhlükəli eşşəkarılarının sayının 200 milyarda yaxın olduğu bildirilir. Qeyd olunur ki, ümumilikdə regionda 250 milyard adi eşşəkarısı yaşayır.

Həşəratlarla mübarizə üzrə şirkətin rəhbəri Pol Beyts qeyd edib ki, hazırda bu növ həşəratların pik vaxtıdır. Belə ki, ana arılar yumurtalarını artıq qoyublar və ona görə də onlara qulluq edən digər arılar pətəyi tərk edirlər.

Mütəxəssis Böyük Britaniya sakinlərini təbiət qoynunda olarkən diqqətli olmağa da çağırıb.

Əsas mövzular