23:17 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (496)
3310

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 201 min 707 nəfərə çatıb.

BAKI, 5 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 26 610 865-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 874 379 nəfər vəfat edib, 17 717 911 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 201 min 707 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 011 987 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (496)

Əlaqədar

Şoyqu hansı ölkələrin bioloji silah yaratdığını açıqlayıb
UNİCEF xəstəliyə yoluxmaqdan deyil, məktəblərin bağlı qalmasından qorxmağı məsləhət görür
Qırxa qədər ölkə Rusiyanın vaksininə maraq göstərir
Dünyaca məşhur filmin çəkilişləri aktyorun COVID-19-a yoluxmasına görə dayandırılıb
Sevişərkən maska taxın: Kanadanın baş həkimi məsləhət görür

Əsas mövzular