20:28 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
83221

Ermənistan əhalisinin üçdə biri (33 faizi) hesab edir ki, bir ildən sonra onların iqtisadi vəziyyəti daha da pisləşəcək.

BAKI, 2 sentyabr — Sputnik. Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən Dünya Bankı üçün aparılmış sorğu göstərib ki, Ermənistan əhalisinin 54 faizinin maliyyə vəziyyəti pandemiyaya görə pisləşib.

Sputnik Azərbaycan 2020-ci il iyunun 21-29-da aparılmış sorğuya istinadən xəbər verir ki, respondentlərin təxminən üçdə biri (35 faizi) ya işini itirib, ya da virus nəticəsində onların iş saatları qısaldılıb və bu, onların əsas ehtiyaclarını ödəmək qabiliyyətinə təsir göstərib.

Ermənistan əhalisinin üçdə biri (33 faizi) hesab edir ki, bir ildən sonra onların iqtisadi vəziyyəti daha da pisləşəcək.

Əlavə karantin məhdudiyyətlərini dəstəkləməyən respondentlərin 66 faizi bu qərarlarını iqtisadi narahatlıqla izah edib.

Əsas mövzular