İnanılmaz! COVID-19 xəstəsi rekord vurdu

© REUTERS / Sergio MoraesСитуация в связи с эпидемиологической обстановкой в Бразилии
Ситуация в связи с эпидемиологической обстановкой в Бразилии - Sputnik Azərbaycan
Abunə olmaq
Adı çəkilməyən xəstə səhiyyə sisemində işləyir. Martda onda COVID-19-un yüngül simptompları yaranıb. Bundan sonra o, karantində, evdə qalıb və beş aydan sonra işinin başına dönüb

BAKI, 1 sentyabr — Sputnik. Braziliyada beş ay müddətində COVID-19 daşıyıcısı olan pasiyent aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə O Globo qəzeti Rio-de-Janeyronun Federal Universitetinin molekulyar virusologiya laboratoriyasına istinadən yazıb. 

Söhbət 152 gün müddətində yoluxmuş, özü heç bir əlamət hiss etməyən, amma başqalarını yoluxdurmağa qadir olan qadından gedir.

“Bu, dünyada virusun insan bədənində qalmasının sənədləşdirilmiş ən uzun sürəyidir. Həmçinin bu hal pandemiyanın yayılmasında simptomsuz xəstəliyin necə rol oynadığının göstəricisidir”, - nəşr qeyd edir. 

Adı çəkilməyən xəstə səhiyyə sisemində işləyir. Martda onda COVID-19-un yüngül simptompları yaranıb. Bundan sonra o, karantində, evdə qalıb və beş aydan sonra işinin başına dönüb.

Tədqiqatçılar 3000 insanın molekulyar testdən keçiriblər. Onların bəziləri heç bir əlamət hiss etməsələr də bir neçə gün ərzində virus daşıyıcısı olublar.

Xəbər lenti
0