00:49 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
701

Terrorçuların başçısı Türkiyədə terror aktı hazırlanması üçün döyüşçülərin hazırlanması, eləcə də türk siyasətçilərinin oğurlanaraq Suriyaya verilməsi ilə məşğul olurmuş

BAKI, 1 sentyabr — Sputnik. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Türkiyə "əmiri" həbs olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.

"İŞİD-in saxta Türkiyə əmiri önəmli planlarla saxlanıldı və həbs edildi... Hüquq-mühafizə orqanlarını təbrik edirəm", - Soylu qeyd edib.

​NTV telekanalının efirində çıxış edərkən Soylu "əmir"in adını da açıqlayıb - Mahmud Özden. Əməliyyat İstanbulda keçirilib. Nazirin sözlərinə görə, terrorçuların başçısı Türkiyədə terror aktı hazırlanması üçün döyüşçülərin hazırlanması, eləcə də türk siyasətçilərinin oğurlanaraq Suriyaya verilməsi ilə məşğul olurmuş.

 

Əlaqədar

Təhlükəsizlik Xidməti İŞİD-i maliyyələşdirən 6 nəfəri saxlayıb
"Burada çox qalacağıq": Rusiyanın Suriyadakı bazası əsl şəhərə çevrilib
Rusiyada terrorçuları cəlb edərək Suriyaya göndərən kanal aşkar edilib
Əfqanıstanda İŞİD-in "ali hakimi" məhv edilib
“İŞİD-in qəssabı”nı məhv elədilər

Əsas mövzular