13:07 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1210

Amerikanın Milli Kəşfiyyat İdarəsi konqresmenlər üçün nəzərdə tutulan xüsusi brifinqləri dayandırıb. Məlum olub ki, konqresmenlər ağızlarında söz saxlaya bilmirlər

BAKI, 31 avqust — Sputnik. ABŞ Milli Kəşfiyyatının direktoru Con Retkliff Fox News telekanalının efirində deyib ki, Çindən gələn təhlükə Rusiya ilə müqayisədə daha ciddidir.

Retkliffdən Konqresin profil komitələri üçün nəzərdə tutulan, qarşıdakı prezident seçkisində təhlükəsizliyin təminatı ilə bağlı şifahi brifinqlərin kəsilməsini şərh etməsini istəyiblər. 

Retkliff cavabında deyib ki, bir bu cür brifinqdən sonra bir neçə konqresmen KİV-ə məxfi məlumat ötürüb ki, “Rusiyanın milli təhlükəsizliyə Çindən daha çox təhdid törətməsi obrazı yaransın”.

“Mən Rusiyanı aşağılamaq istəmirəm. O, bizim milli təhlükəsizliyimiz üçün ciddi təhdiddir, anca Çindən gələn təhlükə daha böyükdür”, - Kəşfiyyat İdarəsinin başçısı deyib.

Bundan öncə Prezident Donald Tramp da birifinqlərin dayandırılmasını konqresmenlərin aldıqları məlumatları mətbuata ötürmələri ilə əlaqələndirmişdi.

 

Əlaqədar

Əlac Trampa qalıb - Baydenin prezident seçilməsinin dəhşətli nəticələri açıqlanıb
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Rusiya: Dünyada kiberhücumların böyük əksəriyyətinin arxasında ABŞ dayanır
Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir
ABŞ-da prezident seçkisi üçün sürpriz: Yerə asteroid yaxınlaşır

Əsas mövzular