Hər daranmağı 1 saat çəkir – kişi saçına görə Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO

© AFP 2023 / MARK RALSTON Сертификат Книги рекордов Гиннесса
Сертификат Книги рекордов Гиннесса - Sputnik Azərbaycan
Abunə olmaq
Rekordsmenin sözlərinə görə, belə saç düzümü ilə qapıdan keçmək, bəzi məkanlara girmək çətindir. Hələ avtomobillə harayasa getmək lap müşküldür

BAKI, 30 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının sakini Cozef Qrizamor dünyada ən hündür irokezinə görə Ginnesin Rekordlar Kitabına düşüb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Guinness World Records saytında məlumat yer alıb.

Qrizamor 2007-ci ildə saçını uzatmağa qərar verib. O vaxtdan bəri uzanan saçından 108 sm hündürlükdə irokez alınıb.

Rekordsmenin sözlərinə görə, belə saç düzümü ilə qapıdan keçmək, bəzi məkanlara girmək çətindir. Hələ avtomobillə harayasa getmək lap müşküldür.

Hər dəfə saç düzümünə Qrizamor 1 saat vaxt sərf edir. Ancaq o, hər gün irokez saxlamır, çox zaman ya saçını hörür, ya da çiyinlərinə tökür.

Xəbər lenti
0