11:11 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2410

Apollonlar qrupuna aid 2011 ES4 asteroidi 2011-ci il martın 2-də kəşf edilib. Onun uçuş sürəti saniyədə 8.16 kilometrdir

BAKI, 30 avqust - Sputnik. Potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşır.

Sputnik Azərbaycan bildirir ki, məlumatı NASA yayıb. Göy cisminin ölçüləri 22-50 metr arasındadır. Alimlərin hesablamalarına görə, sentyabrın 1-də asteroidlə Yer arasındakı minimal məsafə 120 min kilometr olacaq. Müqayisə üçün – Ay planetimizdən 384.4 min km aralıda yerləşir.

Asteroidin uçuş sürəti saniyədə 8.16 kilometrdir.

Apollonlar qrupuna aid 2011 ES4 asteroidi 2011-ci il martın 2-də kəşf edilib.

Bundan əvvəl NASA məlumat yaymışdı ki, bu qrupa daxil başqa bir asteroid - 2018 VP1 noyabrın 2-də Yerin 384 min kilometrliyindən keçəcək.

Apollonlar – yerətrafı asteroidlər qrupuna deyilir, onların orbiti planetimizin orbiti ilə xarici seqmentdə kəsişir.

Ənənəyə görə, asteroidlər qrupu ilk kəşf olunmuş nümayəndələrinin adı ilə adlandırılıb. 1862-ci ildə kəşf olunaraq Günəşin rəmzi olan qədim yunan tanrısı Apollonun şərəfinə adlandırılan asteroid 1932-ci ildə müşahidə olunub.

Bu qrupdan olan asteroidlər müntəzəm olaraq Yer orbiti ilə kəsişdiyindən potensial təhlükəli hesab olunur.

Əlaqədar

ABŞ-da prezident seçkisi üçün sürpriz: Yerə asteroid yaxınlaşır
Mars parçası evinə qaytarılır
Yüzillərlə açılmayan sirr yenidən araşdırılır
Yaponiyalı evinin yanından meteorit tapıb
Son beşlik gəlir, təhlükə sovuşur

Əsas mövzular