Təyyarə ekipajlarına həkimlər də daxil edilə bilər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidПассажиры в самолете, фото из архива
Пассажиры в самолете, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim sərnişinə ixtisaslı yardım göstərə, həmçinin təyyarənin təcili enməsi və sərnişinin xəstəxanaya yerləşdirilməsi barədə qərar qəbul edə bilər.

BAKI, 29 avqust — Sputnik. Rusiyada üç saatdan çox uçan reyslərin ekipajlarının tərkibinə həkimlər də daxil edilməlidir.

Sputnik Azərbaycan RT agentliyinə istinadən xəbər verir ki, belə bir təklifi "Təhlükəsizlik Naminə" İctimai Hərəkatın rəhbəri Dmitri Kurdesov Nəqliyyat naziri Yevgeni Ditrixə göndərdiyi məktubunda irəli sürüb.

Məktubda bildirilir ki, ekipaj üzvləri heç də həmişə sərnişinə operativ və lazımi tibbi yardım göstərə bilmirlər.

Bununla əlaqədar olaraq Kurdesov xahiş edib ki, qanunvericiliyə dəyişikliklərin edilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilsin və Rusiya üzrə sərnişindaşımanı yerinə yetirən şirkətlərdən təyyarə heyətinin tərkibinə səhiyyə işçisini də daxil etmək tələb edilsin. Bunun üçün uçuş müddəti üç saatdan çox olmalıdır.

Ekspert hesab edir ki, həkim sərnişinə ixtisaslı yardım göstərə, həmçinin təyyarənin təcili enməsi və sərnişinin xəstəxanaya yerləşdirilməsi barədə qərar qəbul edə bilər.

Xəbər lenti
0