Mədə xorası baş naziri istefa verməyə məcbur etdi

© © Rodrigo Reyes Marin / Pool via REUTERSСиндзо Абэ, фото из архива
Синдзо Абэ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 24-də xroniki mədə xorasının kəskinləşməsi barədə diaqnozu təsdiqlənən baş nazir “səhhəti siyasi qərarların verilməsinə təsir göstərməsin deyə” istefa verib

BAKI, 28 avqust — Sputnik. Yaponiyanın Baş naziri Sindzo Abe istefa verib. O, Liberal-demokrat partiyasının üzvləri ilə görüşdə bu qərarını “xəstəlik üzündən düzgün qərar verməmək”, “öz vəzifələrini yerinə yetirməkdə çətinlik”lə izah edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kiodo agentliyi hakimiyyət dairələrindəki mənbələrə istinadən bildirir.

Bundan öncə yerli KİV məlumat yaymışdı ki, Abe səhhəti ilə bağlı istefa vermək niyyətindədir. Son zamanlar onun çox işləməkdən yorulduğu üçün səhhətinin pisləşdiyi bildirilirdi. Ötən həftə Abe Keyo Universitetinin hospitalında müayinə olunub. Avqustun 24-də isə xroniki mədə xorasının kəskinləşməsi barədə həkimlər ona xəbərdarlıq ediblər. Bundan sonra Baş nazir “səhhəti siyasi qərarların verilməsinə təsir göstərməsin deyə” istefa verib.

Xəbər lenti
0