Artıq çəki koronavirus peyvəndinin təsirini azaldır

© pixabay / Anja OsenbergArtıq çəkili insanlar
Artıq çəkili insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq çəki koronavirus peyvəndinin təsirini azalda bilər. Alimlərin fikrincə, artıq çəkili insanlar üçün daha güclü vaksinlərə ehtiyac duyula bilər ki, vaksin yaradıcıları da bunu nəzərə almalıdırlar.

BAKI, 27 avqust — Sputnik. Artıq çəki COVID-19 xəstəliyindən ölüm riskini artırır və koronavirus peyvəndinin effektini azaldır.

Госпиталь COVID-19 в Москве - Sputnik Azərbaycan
RUSİYA
Koronavirusa ikinci dəfə yoluxmuş xəstə dəhşətli simptomlardan danışıb

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Guardian" Dünya Bankı tərəfindən təşkil edilmiş araşdırmaya istinadən yazıb.

Alimlər İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Çin də daxil olmaqla bütün dünyada aparılmış bir çox tədqiqatları təhlil edərək aşkar ediblər ki, koronavirusa yoluxmuş artıq çəkili insanların xəstəxanaya düşmə riski 113 faiz, reanimasiyaya düşmə riski 74 faiz, ölüm riski isə 48 faiz daha çoxdur.

Bu, əsasən artıq çəkili insanların ürək xəstəliyi və ya ikinci növ diabet kimi xəstəliklərdən əziyyət çəkməsi ilə izah olunur. Bundan əlavə, onların bədənlərində maddələr mübadiləsi dəyişiklikləri ola bilər ki, bu da bədənin infeksiyalarla mübarizə aparmasını çətinləşdirir.

Müəlliflər hesab edirlər ki, istənilən COVID-19 peyvəndi artıq çəkili insanlar üçün daha az effektiv ola bilər. Alimlərin fikrincə, artıq çəkili insanlar üçün daha güclü vaksinlərə ehtiyac duyula bilər ki, vaksin yaradıcıları da bunu nəzərə almalıdırlar.

Xəbər lenti
0