06:14 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2801

Rejissorun həyatının xilas etmək üçün həkimlər onun üzərində 20 saatdan çox davam edən əməliyyat aparıblar

BAKI, 27 avqust — Sputnik. Əfqanıstanın ilk qadın rejissoru və aktrisası Saba Sahar Kabildə üç nəfər tərəfindən güllələnib.

Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, rejissorun həyat yoldaşı Emal Zakinin ifadəsinə görə 44 yaşında olan Saba Sahar şəxsi avtomobilində olan zaman üç nəfər silahlı adamın hücumuna məruz qalaraq qarın nahiyəsindən dörd güllə yarası alıb.

Rejissorun həyatı 20 saatlıq həkim müdaxiləsindən sonra xilas edilib.

Qeyd edək ki, Saba Film İnstitutunun qurucusu olan sənətçi bu günə qədər üç müstəqil filmə rəhbərlik edib. "Komissar Amanullah" adlı 24 hissəlik serialın rejissoru olan Sahar serialda baş rollardan birini də ifa edib. Yaradıcılığında daha çox talibançılardan, narkotik alveri ilə məşğul olan dəstə başçılarından və qadınların azadlığına qarşı çıxan mühafizəkar müsəlmanlardan bəhs edib.

Əsas mövzular