07:03 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
26 0 0

Luiziananın bəzi yerlərində "fəlakətli fırtına dalğaları, qasırğa küləyi və daşqınlar" müşahidə olunur, küləyin maksimal sürəti isə saatda 240 kilometrə çatır.

BAKI, 27 avqust — Sputnik. "Laura" qasırğası ABŞ ərazisini vurub. Sputnik Azərbaycan Qasırğalar Haqqında Milli Xəbərdarlıq Mərkəzinə (NHC) istinadən xəbər verir ki, qasırğa "həddindən artıq təhlükəli" kateqoriyasınadək şiddətlənib.

"Laura"ya beş ballıq şkala üzrə dördüncü təhlükə kateqoriyası verilib.

"Həddindən artıq təhlükəli dördüncü kateqoriyalı "Laura" qasırğası Luiziana ştatının Kameron mahalına daxil olub", - NHC bildirir.

Mərkəzin məlumatına görə, Luiziananın bəzi yerlərində "fəlakətli fırtına dalğaları, qasırğa küləyi və daşqınlar" müşahidə olunur, küləyin maksimal sürəti isə saatda 240 kilometrə çatır.

Tropik fırtınanı müşayiət edən küləyin sürəti saatda 62 kilometrə çatanda fırtınaya ad verilir.

Əsas mövzular