Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Davos İqtisadi Forumunun tarixi dəyişdi

© AFP 2023 / FABRICE COFFRINIМужчина проходит мимо знака Всемирного экономического форума
Мужчина проходит мимо знака Всемирного экономического форума - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu qərarı qəbul etmək asan olmayıb, lakin ekspertlər hesab edirlər ki, 2021-ci ilin yanvarında Forumu təhlükəsiz şəraitdə keçirmək mümkün olmayacaq"

BAKI, 26 avqust — Sputnik. 2021-ci ildə Davosda keçiriləcək Dünya İqtisadi Forumu (DİF) yanvarın sonundan yayın əvvəllərinə təxirə salınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Forumun çərşənbə günü yaydığı bəyanatda deyilir.

"Mən sizinlə xəbər bölüşmək istəyirəm ki, DİF bu gün 2021-ci ildə Davosda keçiriləcək illik iclasını gələn yayın əvvəlinə təxirə salmaq barədə qərar qəbul edib", – DİF-in idarəedici direktoru Edrian Monk bildirib.

Onun sözlərinə görə, bu qərarı qəbul etmək asan olmayıb, lakin ekspertlər hesab edirlər ki, 2021-ci ilin yanvarında Forumu təhlükəsiz şəraitdə keçirmək mümkün olmayacaq.

DİF-in yeni illik görüşünün keçirilmə tarixləri sonradan elan ediləcək.

Xəbər lenti
0