Saxtakarlıq edən məşhur aktrisa və əri həbs edildilər

© AFP 2023 / SUZANNE CORDEIROABŞ polisi
ABŞ polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Cannulli və Laflin qızlarının Cənubi Kaliforniya Universitetinə daxil olması üçün 500 min ABŞ dolları ödəyiblər. Bu məlumat mətbuatda yayıldıqdan sonra böyük rezonans doğurub

BAKI, 22 avqust — Sputnik. ABŞ-da qızını saxta yolla kollecə qəbul etdirən Hollivudun məşhur aktrisası Lori Laflin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sputnik Azərbaycan bildirir ki, Lori Laflin azadlıqdan məhrum edilməklə yanaşı, 100 saat ictimai iş görməli və 150 min ABŞ dolları cərimə ödəməlidir. Aktrisanın həyat yoldaşı Cannulli barəsində isə beş ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 250 saat ictimai iş görməli və dövlətin hesabına 250 min ABŞ dolları məbləğində vəsait ödəməlidir. Onların hər ikisi də noyabrın 19-dək ABŞ Həbsxana İdarəsinə təslim olmalıdırlar.

​Qeyd edək ki, Cannulli və Laflin qızlarının Cənubi Kaliforniya Universitetinə daxil olması üçün 500 min ABŞ dolları ödəyiblər. Bu məlumat mətbuatda yayıldıqdan sonra böyük rezonans doğurub.

11 yaşından film karyerasına başlayan Lori Laflin 100-dən artıq filmdə baş və epizodik rollara çəkilib. "Çimərliyə qayıt", "Qoca itlər", "Qonşular", "Tam ev", "Təhlükəli vəziyyət və s. filmlərdə rol alıb. O, aktrisalıqla yanaşı, rejissor və model kimi də özünü sınayıb.

Xəbər lenti
0