06:52 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
168020

Aerokosmik Agentlikdə həmçinin qeyd ediblər ki, 2019-un noyabrında da BKS-də hava sızıntısı müşahidə olunmuşdu

BAKI, 20 avqust — Sputnik. Beynəlxalq Kosmik Stansiyada hava sızıntısı müşahidə olunub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, vəziyyət hələlik  stansiya və heyətin təhlükəsizliyinə təhdid doğurmur.

“Roskosmos”dan verilən məlumata görə, sızıntı stansiyanın amerikan seqmentində meydana gəlib. Modullarda təzyiq normallaşdırılana qədər stansiyanın ekipajının “Zvezda” moduluna köçürülməsinə qərar verilib.

NASA-nın məlumatına görə, böyük təhlükə olmasa da, vəziyyət sızma mənbəyini tapmağı və lazım gələrsə, təmir işləri aparmağı tələb edir. İlkin nəticələr gələn həftə bəlli olacaq.

“Sızıntının miqdarı bir az artıb, ona görə mütəxəssislər onun mənbəyini tapmaq planı üzrə çalışırlar. Sızıntı hələlik yolverilən həcmdədir və kosmik stansiyanın heyəti üçün qorxusu yoxdur”, - NASA-dan bildiriblər.

Aerokosmik Agentlikdə həmçinin qeyd ediblər ki, 2019-un noyabrında da BKS-də hava sızıntısı müşahidə olunmuşdu.”Stansiyanın gündəlik işi, o cümlədən açıq kosmosa çıxışlar, gəmilərin gəlib-qayıtmaları səbəbindən sızıntının səviyyəsini ölçmək üçün lazımi məlumat toplamaq xeyli vaxt aldı”, - NASA-dan deyiblər.

Yaxın günlərdə stansiyada bütün bölmələrin lyukları açılacaq ki, mütəxəssislər hər bir seqmentdə havanın təzyiqini müəyyənləşdirə bilsinlər. 

Hazırda BKS-də Rusiyadan Anatoli İvanişinİvan Vaqner, ABŞ-dan isə Kristofer Kessidi növbətçilik aparırlar.

Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyevin fikrincə, sızıntıya klapanın sınması, bərkidicinin qopması, yaxud da xırda kosmik zibilin sürətlə korpusadəyməsi səbəb ola bilər, ancaq bunun qəsdən yaradılan problem olması ağlabatan deyil.

Əlaqədar

Ulduz müharibələri reallaşır: ABŞ yeni kosmik doktrinasını dərc edib
Roqozin: Sadəcə "harasa uçmaq" istəyənlər Aya uçuş üçün testdən keçirilməyəcəklər
Mars parçası evinə qaytarılır
Maskı üstələmək: Rusiya yeni raket hazırlayır
"SpaceX" Ay gəmisini belə sınaqdan keçirdi

Əsas mövzular