07:53 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2202

“Biz sənədin dərc olunmasına səbəb olan məsuliyyətsizlik üzündən zərər görən Amerikanın yəhudi cəmiyyətinin bir çox üzvündən məlumat almışıq”

BAKI, 20 avqust — Sputnik. ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) Twitter hesabında “Sion müdriklərinin protokolları” adlı qalmaqallı antisemit sənədi yayılıb. Saxta sənəd yəhudilərin bütün dünyanı zəbt edəcəyi barədədir.

Sputnik Azərbaycan bildirir ki, bu haqda Washington Post yazıb. Qəzetin məlumatına görə, sənəd Amerika ictimaiyyətinin hiddətinə səbəb olub.

FTB öz hesabında üzrxahlıq yazaraq, sənədin avtomat sistem tərəfindən dərc edildiyini qeyd edib.

​“Biz sənədin dərc olunmasına səbəb olan məsuliyyətsizlik üzündən zərər görən Amerikanın yəhudi cəmiyyətinin bir çox üzvündən məlumat almışıq”, - yəhudi icmasının bəyanatında deyilir. İcma FTB-ni gələcəkdə belə insidentlərin təkrarlanmamasına çağırıb.

İcmadan həmçinin qeyd olunub ki, sənədin dərc edilməsi ABŞ-da yaşayan yəhudilərlə qarşı cinayətlərin artması fonunda baş verib.

Əsas mövzular