08:05 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
212401

Sertifikasiya zamanı xeyli qanun pozuntuları ortaya çıxdıqdan sonra 737 MAX-ın uçuşları qadağan olunan zaman Boeing-in müştəriləri bu təyyarə üçün verdikləri 400-dən çox sifarişi ləğv etdilər

BAKI, 20 avqust — Sputnik. Boeing şirkəti 737 MAX modelli təyyarənin adını dəyişib. İndi onun adı 737-8-dir, baxmayaraq ki, əvvəl ondan ancaq xidməti yazışmalarda istifadə olunurdu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazıb.

Nəşrin məlumatına görə, dəyişiklik barədə Boeing-lə Polşanın Enter Air şirkəti dörd təyyarənin alınması barədə müqavilə imzaladıqdan sonra məlum olub.

Boeing-dən bildirilib ki, Enter Air satışı iki mərhələdə (hər dəfə 2 təyyarə olmaqla) gerçəkləşdirəcək. Satış tamamlanandan sonra aviaşirkətin 737-8 təyyarələrinin sayı ona çatacaq.

Ekspertlər istehsalçının öz ən qalmaqallı təyyarəsi üçün böyük güzəşt təklif etdiyini istisna etmirlər. Ümumilikdə 346 nəfərin həlak olduğu iki aviaqəzadan sonra bu, 737-8 modelinin alınması barədə ilk yeni müqavilədir.

Sertifikasiya zamanı xeyli qanun pozuntuları ortaya çıxdıqdan sonra 737 MAX-ın uçuşları qadağan olunan zaman Boeing-in müştəriləri bu təyyarə üçün verdikləri 400-dən çox sifarişi ləğv etdilər. Hazırda şirkət bildirir ki, bütün xətaları aradan qaldırıb və tezliklə istismarın bərpa ediləcəyinə ümid bəsləyir.

Araşdırma nəticəsində məlum olub ki, hər iki qəzaya təyyarənin texniki qüsurları, proqram təminatında çatışmazlıq və pilotların hazırlığının yetəri səviyyədə olmaması səbəb olub.

The Wall Street Journal-ın məlumatına görə, ABŞ höluməti, çətin ki, bu təyyarələrin uçuşuna 2021-ci ilin fevralınadək icazə versin. Bir çox ölkələrə icazələrin verilməsinə, texnikio servisə və pilotların hazırlanmasına da bir neçə ay tələb olunacaq.

 

Əlaqədar

Təyyarədə maska üstündə dava düşdü
İran vurulan təyyarəyə görə kompensasiya ödəməkdən imtina etdi
MiQ-31: səmada ən təhlükəli ovçu
Dünya üzrə ölkədaxili uçuşlar ucuzlaşır
Britaniya aviaşirkətləri karantinə görə hökuməti məhkəməyə verməyə hazırlaşırlar

Əsas mövzular