05:45 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (479)
7501

Dünyada 22.4 milyondan çox insan yeni tip SARS-CoV-2 koronavirusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 787 mindən çox insan dünyasını dəyişib. Rəsmi məlumatlara görə, Çində 90 min nəfər yoluxub, 4,7 min xəstə vəfat edib

BAKI, 20 avqust — Sputnik. Çinin hökumətyönümlü kütləvi informasiya vasitəsi olan The Global Times Uhan şəhərində minlərlə insanın çimərlik keyfinə bəraət qazandırıb: əcnəbilərin bu barədə narazılığını nəşr paxıllıqla əlaqələndirib.

Sputnik Azərbaycan bildirir ki, söhbət şəhərin nəhəng hovuzlarının birindən gedir. Yayılan foto və məlumatlarda qeyd olunurdu ki, oraya bir neçə min insan gəlibmiş. Onlar bir-birinə həddən artıq yaxın dayanıblar, hansısa sosial məsafədən söhbət gedə bilməz.

Nəşr Avstraliya və Britaniya mediası və onların oxucularının hiddətinə də yer ayırıb: əcnəbiləri ölümcül SARS-CoV-2 virusunun ilk ocağı olan Uhan şəhərinin bütün dünyanın pandemiyadan əziyyət çəkdiyi bir dövrdə bayram etməsi özündən çıxarıb.

The Global Times onların diqqətinə çinli oxucuların əks-nöqteyi nəzərini çatdırıb. Çinlilər deyirlər ki, Uhan 76 gün müddətində sərt karantində oturanda Qərb onları qınayırdı, indi isə bu karantin sayəsində əldə etdiyi nailiyyətə görə qınayır, yəni iş sadəcə “Çinə aid bütün hər şeyə qarşı nifrətdən” doğur.

Avqustun 19-da Amerika kəşfiyyatı hesabat yayaraq Uhan şəhəri və ümumilikdə Hubey əyalətinin hökumətinin SARS-CoV-2 infeksiyasının yayılmasını qəsdən təşkil etdikləri barədə məlumat verib. Hesabata görə, epidemiya başlayandan sonra bir neçə həftə ərzində onlar Pekini baş verənlər barədə məlumatlandırmayıblar.

Cons Hopkins Universitetinin son məlumatlarına görə, dünyada 22.4 milyondan çox insan yeni tip SARS-CoV-2 koronavirusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 787 mindən çox insan dünyasını dəyişib. Rəsmi məlumatlara görə, Çində 90 min nəfər yoluxub, 4,7 min xəstə vəfat edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (479)

Əlaqədar

Koronavirusun vətənində izdiham - Uhan necə dəyişildi
İsrailin əlli qəpiklik koronavirus testi nəticəni bir dəqiqədən tez verir
İtlər koronaviruslu xəstəni müəyyən edə bilirmi?
Avropadakı koronavirus ştammı alimləri heyrətləndirdi
Çinin koronavirus peyvəndinin qiyməti bəlli oldu, amma gərək ikisini alasan

Əsas mövzular