03:55 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
185010

Bu, yer üzündə yaşayanların təsəvvür edə bilməyəcəyi sakit, isti hiss idi. Bu elə gözəl rəng idi ki, göryqurşağı kimi, ancaq bir qədər parlaq. Məni yaşıl təpəli peyzaj əhatə etmişdi

BAKI, 20 avqust — Sputnik. Kliniki ölüm keçirən qadın axirət həyatı haqqında danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İraqda avtomobil qəzasından sonra kliniki ölüm keçirən Feits adlı qadın ayıldıqdan sonra öz hisslərini paylaşıb. Avtoqəzadan bir neçə gün sonra xəstəxanada özünə gələn qadın anlaşılmaz hisslər yaşayıb.

Feits avtomobil dağıntıları altında qalan cansız bədənini gördüyünü bildirib. Onun sözlərinə görə, sonra o, cənnətə yollanıb.

Feits öz hissləri haqda ölümdən sonra araşdırma fonduna yazıb: "Mən hər şeyə yuxarıdan baxırdım. Qan içində olan bədənimi görürdüm və insanlar onu maşından çıxarmağa çalışırdılar. Yazdıqlarımı sözlə ifadə etmək mümkün deyil. Mən parlaq işıqla əhatəyə alınmışdım. Bu, yer üzündə yaşayanların təsəvvür edə bilməyəcəyi sakit, isti hiss idi. Bu elə gözəl rəng idi ki, göryqurşağı kimi, ancaq bir qədər parlaq. Məni yaşıl təpəli peyzaj əhatə etmişdi".

O qeyd edib ki, daha əvvəl eşitmədiyi sakit musiqi də eşidib.

Bəzi tədqiqatçılar hesab edirlər ki, bu cür görüntülər elmi cəhətdən izah edilən bir hadisədir və sonrakı həyatı sübut etmir. ABŞ-ın Nyu-Yorkdakı Lanqon Tibb məktəbinin həkimi Sem Parniyanın fikrincə, insanlar onları özünə cəlb edən parlaq, isti, qarşılayan bir işıq hissini təsvir edirlər. Ölən qohumlarla görüşmə hissini təsvir edirlər. Tez-tez deyirlər ki, geri dönmək istəmədilər, bu işıq onları maqnit kimi cəlb edir.

Parniyanın sözlərinə görə, əksər insanlar bədənlərindən ayrıldıqlarını, bədənləri üzərində çalışan həkim və tibb bacılarını müşahidə etdiklərini danışırlar.

Alim qeyd edir ki, bu reaksiyaların elmi izahı var. Beyin sağ qalmaq texnikası kimi öz surətini çıxarır.

Neyrobioloq Kristof Kox ölümdən sonrakı təcrübələri fövqəltəbii səbəblərdən daha çox, təbii beyin mexanizmləri kimi izah etməyə çalışır: "Ölüm beyin fəaliyyətinin itkisi nəticəsində baş verir. Beyində qan axını (işemiya) və oksigen (anoksiya) olmadıqda xəstə huşunu itirir və onun elektroensefaloqramı düz olur ".

Əlaqədar

Yeni dünyada yeni qaydalar: Koronavirusdan ölən şəxslər necə dəfn edilməlidir?
Minlərlə böyrək xəstəsinin ümidi beyin ölümü keçirənlərə qalıb
Alimlər vaxtsız ölümə səbəb olan xəstəliyə çarə tapdılar
Ölümdən sonra baş verənlər açıqlandı
Alimlər ölümlə bağlı dəhşətli faktlar üzə çıxardı

Əsas mövzular