Qaraçıların yüz illik adını bir anda yox etdilər

© pixabay / arinajaСоус, фото из архива
Соус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətdən bildiriblər ki, “qaraçı” məfhumu səhv, neqativ yöndə təfsir edilə bilər, ona görə yaxın günlərdə mağazalara həmin sousu başqa adla göndərəcəklər

BAKI, 16 avqust — Sputnik. Almaniyanın məşhur brendi Knorr 1903-cü ildən bəri satışda olan “Zigeunersauce” sousunun (“Qaraçı sousu”) adını dəyişdirməyə qərar verib.

Sputnik Azərbaycan bildirir ki, Bild am Sonntag-ın yazdığına görə, şirkət bu qərara irqçilik barədə müzakirələr başladıqdan sonra gəlib.

Şirkətdən bildiriblər ki, “qaraçı” məfhumu səhv, neqativ yöndə təfsir edilə bilər, ona görə yaxın günlərdə mağazalara həmin sousu başqa adla – “Paprikasauce Ungarische Art” (“Macar üsulu paprikalı sous”) göndərəcəklər.

Цех производства мороженого - Sputnik Azərbaycan
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi

Almaniya Sinti və Rumlarının Mərkəzi Şurası Knorr-un bu qərarını dəyərləndirib, amma onu da əlavə edib ki, Avropada qaraçılara qarşı olan pis münasibətin artması faktı sousun adının dərişdirilməsindən daha vacib və ciddi problemdir.

İrqçilik mövzusu mayın sonlarında ABŞ-da qaradərili Corc Floydun həbs olunarkən polisin dizinin altında sıxılaraq öldürülməsindən sonra vüsət alıb. Genişmiqyaslı etiraz aksiyaları və iğtişaşlardan savayı, bəzi təşkilatlar da müəyyən fəaliyyətləri ilə irqçiliyə yol verməməyə çalışırlar.

Məsələn, Amerikanın “Çikaqo Bləkhouks” (Chicago Blackhawks) hokkey komandası azarkeşlərindən ev oyunlarına hindu baş geyimlərində gəlməmələrini xahiş edib. “Bu, ənənəvi olaraq qəbilə üzvlərinin böyük hörmətini qazanmış liderlərinin baş örtüyüdür və onları gündəlik geyim və kostyumun elementi kimi istfadə etmək düzgün deyil”, - komandanın rəhbərliyi bildirib.

İsveçrənin "Nestle" şirkətinin törəmə firması olan ABŞ-ın "Dreyer's" şirkəti isə eskimosların diskriminasiyası ilə bağlı "eskimo" adından imtina edib.

Xəbər lenti
0