Sabiq prezidentin kəşfiyyatçı nəvəsi qəfildən öldü

© © Facebook / Aisultan RakhatАйсултан Назарбаев, фото из архива
Айсултан  Назарбаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aysultan Nazarbayev 1990-cı il avqustun 26-da doğulub. O, prezidentin böyük qızı Dariqa Nazarbayevanın oğludur

BAKI, 16 avqust — Sputnik. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan qəfildən vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə zakon.kz portalı məlumat yayıb.

İlkin məlumatlara görə, 30 yaşına çatmamış Aysultanın ürəyi dayanıb. O, Londonda ölüb. Digər təfərrüat yoxdur.

​Aysultan Nazarbayev 1990-cı il avqustun 26-da doğulub. O, prezidentin böyük qızı Dariqa Nazarbayevanın oğludur.

Aysultan Sandhörstdəki Kral Hərbi Akademiyasının məzunu olub, Qazaxıstanın Müdafiə NAzirliyinin Baş Kəşfiyyat İdarəsində çalışıb. Futbolla maraqlanırmış, hətta bir müddət əvvəl Britaniyanın "Portsmut" komandasında da oynamağa cəhd edib.

Xəbər lenti
0