SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədən Baydenin sözlərinə cavab: “Əmrlər aldığımız günlər geridə qaldı”

© AFP 2023 / YASIN AKGULПресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива
Пресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kalın ingiliscə yazdığı tvitində qeyd edib ki, Baydenin Türkiyəyə qarşı münasibəti cəhalət, təkəbbür və riyakarlıq üzərində qurulub

BAKI, 16 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın keçmiş vitse-prezidenti, builki prezident seçkisində namizəd Cozef Baydenin Türkiyə müxalifətini dəstəkləyəcəyi barədə bəyanatına reaksiya verib.

Sputnik Azərbaycan bildirir ki, ötən ilin dekabrında Bayden The New York Times qəzetinə müsahibəsində bildirmişdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı “tamamilə fərqli mövqe” tutmaq, müxalifət rəhbərliyinə dəstək nümayiş etdirmək gərəkdir.

Həmin müsahibənin videosu Twitter-in Türkiyə seqmentində avqustun 15-də populyarlaşandan sonra bazar günü Ərdoğanın mətbuat katibi ona cavabını yayımlayıb.

Kalın ingiliscə yazdığı tvitində qeyd edib ki, Baydenin Türkiyəyə qarşı münasibəti cəhalət, təkəbbür və riyakarlıq üzərində qurulub, ölkənin işlərinə qarışmaq cəhdləri isə ABŞ-ın özünə ziyan vuracaq.

​“Türkiyəyə əmrlərin verildiyi günlər artıq geridə qaldı. Ancaq hələ də fikirləşirsinizsə ki, bu sizdə alınacaq, buyura bilərsiniz. Bunun haqqını ödəməli olacaqsınız”, - Kalın yazıb.

Xəbər lenti
0