19:50 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1010

Sanksiyalar respublikanın ölkədə insan haqlarının pozulmasına və güc tətbiq olunmasına məsul rəsmi şəxslərinə aid ediləcək

BAKI, 14 avqust — Sputnik. Belarusun ölkədə insan haqlarının pozulmasına və güc tətbiq olunmasına görə cavabdeh olan rəsmi şəxslərinə qarşı Avropa İttifaqı sanksiyalar tətbiq edəcək.

Bu barədə Sputnik Belarus xəbər verir.

Qərar avqustun 14-də Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirlərinin onlayn görüşü zamanı qəbul olunub. 

Bildirilir ki, xarici diplomatya idarələrinin rəhbərləri yaxın günlərdə barələrində sanksiya tətbiq ediləcək Belarusun rəsmi şəxslərinin siyahısını təsdiqləyəcəklər.

Belarus məmurları barədə məhz hansı məhdudlaşdırmaların olacağı və “qara siyahı”nın həcmi barədə detallar bəlli deyil.

Bu məsələyə Aİ ölkələrinin XİN rəhbərlərinin növbəti, avqustun 27 və 28-də keçirilməsi nəzərdə tutulan iclasında qayıdılacağı gözlənilir.

Belarusda prezident seçkisi avqustun 9-da keçib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Aleksandr Lukaşenko 80%-dən çox səs toplayaraq seçkidə qalib gəlib. Bu nəticə ilə razılaşmayanlar avqustun 9-u axşamdan bəri şəhərlərin küçələrinə çıxaraq etiraz edirlər. Etirazlar müddətində Belarusda 7000-dən çox insan həbs edilib, yüzlərlə insan, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya düşüblər. DİN-in məlumatına görə, bir nəfər həlak olub. 

 

Əlaqədar

Belarusda ilkin nəticələr açıqlandı – Sürpriz olmadı
Belarusda minlərlə adam saxlanılıb
Prezidentin əsas rəqibi Belarusu tərk etdi
Lukaşenko qonaqlıqda Poznerin dediyi sağlığa necə reaksiya verib

Əsas mövzular