Dünyanın ən yaşlı milyarderlərindən biri ölüb

© pixabay / carolynaboothГроб
Гроб - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən yaşlı milyarderlərindən birinin ölümü haqda onun ailəsinin əsasını qoyduğu National Amusements şirkəti və qohumları xəbər veriblər

BAKI, 12 avqust — Sputnik. Amerikalı biznesmen, ViacomCBS media korporasiyasının fəxri sədri Samner Redstoun 98 yaşında vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNBC məlumat yayıb.

Dünyanın ən yaşlı milyarderlərindən birinin ölümü haqda onun ailəsinin əsasını qoyduğu National Amusements şirkəti və qohumları xəbər veriblər.

“Samner Redstoun əla vizioner, rəhbər və biznesmendi, o, təkbaşına avtokinoteatrlardan ibarət ailə şirkətini qlobal media korporasiyasına çevirə bilmişdi”, - ViacomCBS-in rəhbəro Bob Bekiş deyib.

​​O əlavə edib ki, Redstoun özündən sonra həm biznesdə, həm də xeyriyyədə böyük miras qoyub gedib.

National Amusements şirkəti 1936-cı ildə milyarderin atası Maykl Redstoun tərəfindən yaradılıb. Sonra sədr vəzifəsi oğlu Samnerə keçib. 2012-ci ildə Samner Redstoun CNBS-yə müsahibəsində Viacom-un satın alınmasını özünün biznesdə ən böyük nailiyyəti adlandırmışdı. 

Redstoun 1987-2016-cı illərdə ViacomCBS-in sədri, 1996-dan 2005-dək isə baş direktoru olub. 2019-cu ilin noyabrında onun sərvəti 3.9 milyard dollar təşkil edirdi.

Xəbər lenti
0