02:51 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
114410

ABŞ liderinin fikrincə, Harris ən liberal senatordur və o, hətta Silahlı Qüvvələrə xərclərin və karbohidrogenlərin hasilatının azalmasının tərəfdarıdır

BAKI, 12 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Demokratlar Partiyasının namizədi Co Baydenin senator Kamala Harrisi vitse-prezident postuna namizəd kimi seçməsini təhlükəli hesab edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti "Fox News" telekanalına müsahibəsində bildirib.

ABŞ liderinin fikrincə, Harris ən liberal senatordur və o, hətta Silahlı Qüvvələrə xərclərin və karbohidrogenlərin hasilatının azalmasının tərəfdarıdır. Sonuncu isə Baydenin hasilatın olduğu ştatlarda məğlubiyyəti ilə nəticələnə bilər.

Tramp vurğulayıb ki, o daha əvvəl bir seçim edəcəyini düşünüb: "Mən düşünürdüm ki, bu o ola bilər və düşünürdüm ki, o bizim üçün ən yaxşı variantdır".

Lakin Tramp Baydenin seçiminə təəccüblənib. O vurğulayıb ki, buna qədər senator Bayden haqqında dəhşətli şey danışıb.

Əlaqədar

ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi
Ağ Ev prezident seçkisinin vaxtını dəqiqləşdirdi
Obamanın sabiq müşaviri "Netflix"dəki səhmlərini satıb
"Qara sxem": daxili düşmən Amerikanı məhv edəcək, lakin Rusiyanı xilas edə bilər

Əsas mövzular