COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

© © Jordan Strauss / Invision / APAktrisa Alissa Milano, arxiv şəkli
Aktrisa Alissa Milano, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

Xəbər lenti
0