17:19 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
39440

Avqustun 8-də yerli vaxtla 16:00-da parlamentin qarşısında hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib

BAKI, 10 avqust — Sputnik. Livan hökuməti istefa verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri verib.

Beləliklə, Livan hökuməti cümə günündən etibarən etiraz edən yerli sakinlərin tələblərindən birini yerinə yetirib.

Avqustun 4-də ölkənin paytaxtı Beyrutda, liman ərazisindəki anbarlarda güclü partlayış olub. Nəticədə 200-dən çox adam ölüb, beş mindən çox insan yaralanıb, şəhərdəki binalara və infrastruktura ciddi ziyan dəyib.

Avqustun 8-də yerli vaxtla 16:00-da parlamentin qarşısında hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib. Polis insan kütləsini parlamentdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Mitinq edənlər isə cavabında polisə daş yağdırıblar.

Etirazçılar öncə Livan XİN-in, sonra enerji, maliyyə və ətraf mühit nazirliklərinin binalarına giriblər. Kütləni dağıtmaq üçün polislərin köməyinə gələn hərbçilər güllədən istifadə edib və nəhayətdə onları binalardan çıxarmağa müvəffəq olublar.

Ölkənin Baş naziri Hassan Diab Livandakı hazırkı böhrandan yalnız ölkədə vaxtından əvvəl parlament seçkisi keçirilərsə, çıxmağın mümkün olduğunu deyib. Partlayış barədə danışan Diab bildirib ki, o, korrupsiya nəticəsində baş verib. Etiraz edənlər parlament qarşısında korrupsiyaya yol verən məmurları asmaq üçün dar ağacları da qurublar.

Ümumilikdə iğtişaşlar nəticəsində 700-dən çox insan xəsarət alıb, bir polis əməkdaşı həlak olub.

Əlaqədar

Beyrutda baş verən partlayışda ölən və yaralıların sayı artdı
Beyrutda “daş dövrü” – paytaxtda iğtişaşlar başlayıb - VİDEO
Makron təcili Beyruta gedir - Niyəsi bilinmir
Livanda etirazçılar XİN binasını ələ keçirdilər, xeyli insan yaralandı - VİDEO
Həftənin fotoları: güclü partlayış, maskalardan bikini və nəhəng Ay

Əsas mövzular