08:16 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
303 0 0

"Roskosmos"un baş direktoru: "İnsanlar sual verirlər ki, niyə amerikalılar 1960-1970-ci illərdə altı dəfə Ayda olublar, indi isə "super yüksək texnoloji səviyyə"ləri ilə bunu təkrar edə bilmirlər?!"

BAKI, 10 avqust — Sputnik. "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib ki, bir çox insanlar ABŞ-ın bu sahədə texniki səriştəsini itirdiyi üçün amerikalıların Aya enməsinə inanmırlar.

Belə ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin iyul ayında keçirdiyi sorğuya görə, hər bir ikinci rusiyalı (49 faiz) Aya enişi saxtakarlıq hesab edir və iki il əvvəl bu cür insanların sayı daha çox idi - 57 faiz.

"Bu inamsızlıq haradan qaynaqlanır? Hesab edirəm ki, bu, Amerika Birləşmiş Ştatlarının indiyə qədər niyə SLS super ağır sinfindən olan raket yaratmadığını və sınaqdan keçirmədiyini təsəvvür etməyin çox çətin olması səbəbindən yaranır. Onlar indiyə qədər Orion gəmisini yarada bilmirlər", - deyə Roqozin "Mir-24" telekanalının efirində bildirib.

Roqozinin sözlərinə görə, insanlar sual verirlər ki, niyə amerikalılar 1960-1970-ci illərdə altı dəfə Ayda olublar, indi isə "super yüksək texnoloji səviyyə"ləri ilə bunu təkrar edə bilmirlər?!

"Bu suala cavabım var: demək istəyirəm ki, bizdə də çoxlu səriştələr itirilib, təkcə amerikalılarda deyil", - deyə "Roskosmos"un rəhbəri bildirib.

Əlaqədar

Maskı üstələmək: Rusiya yeni raket hazırlayır
Casus oyunları? Rusiyanın strateji obyektindən NATO-nun "köməkçisi" çıxdı
Rusiya Aya elə bir qurğu göndərəcək ki...
İran kosmosa adam göndərmək üçün çarə tapdı
Rusiyadan Türkiyəyə sensasion təklif – Gəlin kosmosa raket buraxaq

Əsas mövzular