07:46 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2202

Bu gün yerli vaxtla saat 16-da minlərlə insan hökumətin dəyişməsi və islahatlar tələbilə mitinqə çıxıb və aksiya dərhal iğtişaşa çevrilib

BAKI, 8 avqust — Sputnik. Livandakı hazırkı böhrandan yalnız ölkədə vaxtından əvvəl parlament seçkisi keçirilərsə, çıxmaq olar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu ölkənin Baş naziri Hassan Diab deyib.

Diabın ölkə vətəndaşlarına müraciətini Al-Mayadeen telekanalı yayımlayıb.

Diab əlavə edib ki, nazirlərin növbəti iclasında növbədənkənar parlament seçkisinin keçirilməsinin layihəsini irəli sürəcək. 

Avqustun 4-də Beyrut limanında baş verən partlayış barədə danışan Baş nazir deyib ki, o, korrupsiya nəticəsində baş verib.

​Bu gün etiraz edənlər parlament qarşısında korrupsiyaya yol verən məmurları asmaq üçün dar ağacları da qurublar.   

​Bundan öncə Livanın Prezidenti Mişel Aun demişdi ki, partlayışın bütün səbəbləri, o cümlədən xarici müdaxilə də araşdırılacaq.

​Qeyd edək ki, bu gün yerli vaxtla saat 16-da minlərlə insan hökumətin dəyişməsi və islahatlar tələbilə mitinqə çıxıb və aksiya dərhal iğtişaşa çevrilib. İnsanlar polisə daş atıblar, onlar isə gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıtmaq istəyiblər.

​Etirazçılar öncə Livan XİN-in, sonra enerji, maliyyə və ətraf mühit nazirliklərinin binalarına giriblər. Kütləni dağıtmaq üçün polislərin köməyinə gələn hərbçilər güllədən istifadə ediblər.

​İğtişaşlarda 230-dan çox adam yaralanıb. Bir polis nəfəri isə həlak olub. Livanın MTV telekanalının məlumatına görə, o, Le Grey otelinə hücum zamanı ölüb.

 

Əlaqədar

Livanda etirazçılar XİN binasını ələ keçirdilər, xeyli insan yaralandı - VİDEO
Azərbaycan XİN erməni əsilli livanlıların Qarabağa köçürülməsinə münasibət bildirdi
Beyrutda “daş dövrü” – paytaxtda iğtişaşlar başlayıb - VİDEO
Türkiyədən Livana böyük dəstək
Beyrutda baş verən partlayışda ölən və yaralıların sayı artdı
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

Əsas mövzular