Bill Geytsin "koronavirusdan betər fəlakət" sözləri nə dərəcədə doğrudur?

© AP Photo / Elaine ThompsonБилл Гейтс, фото из архива
Билл Гейтс, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə Bill Geyts ekoloji fəlakət barədə proqnoz verib. Onun sözlərinə görə, bu fəlakətin nəticəsi koronavirus pandemiyasından pis olacaq

BAKI, 8 avqust — Sputnik. "Greenpeace"in Rusiya üzrə layihə rəhbəri Vasili Yablokov "Microsoft"un qurucusu Bill Geytsin "koronavirusdan betər fəlakət" sözlərini şərh edib.

Sputnik Azərbaycan bildirir ki, onun sözlərinə görə, qlobal iqlim dəyişikliyinin törətdiyi böhranın nəticələrinin koronavirus infeksiyasının törətdiyi nəticələrdən daha pis ola biləcəyini deyən Geytsi haqsız saymaq olmaz.

Yablokov xatırladıb ki, hazırda iqlim böhranına görə ildən-ilə təhlükəli təbii hadisələrin artması müşahidə olunur. Bu hadisələr isə iqtisadiyyat və insanların sağlamlığı üçün ciddi neqativ nəticələrə gətirib çıxarır. "Bəşəriyyət iqlimi dəyişir, iqlim dəyişiklikləri isə bizim reallığı dəyişir", - mütəxəssis qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Bill Geyts ekoloji fəlakət barədə proqnoz verib. Onun sözlərinə görə, bu fəlakətin nəticəsi koronavirus pandemiyasından pis olacaq. Milyarderin qiymətləndirməsinə əsasən, əgər heç nə dəyişməsə, ölüm göstəricisi hər 100 min nəfərə 73 olacaq.

Xəbər lenti
0